Bakıda ŞOK DƏLƏDUZLUQ: Hamınız bu tələyə düşə bilərsiz! - VİDEO

Son zamanlar ölkəmizdə yayılan kirayə ev fırıldaqçılığına görə zərərçəkənlərin sayı hər keçən gün artmaqdadır. Onlardan biri də Arzu Məmmədlidir. Evlərin alqı-satqısı ilə məşğul olan sayıtların birindən kirayə ev axtaran müsahibimiz dələduzların qurbanına çevrilib.
Musavat TV olaraq həmin saytın operatoru ilə əlaqə saxladıq. Baş verən hadisəylə bağlı mövqelərini öyrəndik. Onlar, istifadəçilərin paylaşdığı elanla bağlı bunları dedi: “Əmlaklar barəsində bütün sazişlər istifadəçilər arasında birbaşa bağlanılır. Sayt istifadəçilər tərəfindən həyata keçirilən sazişlərin iştirakçısı və ya vasitəçisi deyildir. Əgər istifadəçi hər hansı dələduzluqla qarşılaşıbsa, bu barədə lazımi tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət etsinlər.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bunlari açıqlayıb:
"Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzilin dəyərindən çox aşağı qiymətə elan qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər və beləcə, məlumatsız olan vətəndaşlarımız dərhal bu yalanlara aldanır.
Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Əgər bu hal artıq baş veribsə, DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət etmələri xahiş olunur".
Musavat tv olaraq məsələnin hüquqi tərəflərini də öyrənməyə çalışdıq. Hüquqşünas Fərhad Mehdiyev onlayn ev kirayə götürərkən son dərəcə diqqətli olmalarını tövsiyə edib və hüquqi tərəflərini açıqlayıb.
Daha ətraflı videoreportajımızdan izləyə bilərsiniz:
Azərbaycanlı müğənni qəzaya düşdü: “… dəyən zərbə çox güclü idi” - FOTO
Bakı dairəvi yolunda maşın yandı - Sıxlıq yarandı - FOTO - VİDEO
Bakıda maşın velosipedçini vurub öldürdü
"Tik-Tok"da açıq videosunu paylaşan qadın 15 sutka həbs edildi
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı








