Bakıda su borusu partladı; Piyadalara və avtomobillərə çətinlik yaratdı - VİDEO

Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Vüqar Quliyev küçəsində su borusu partlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Baku.ws” paylaşım edib.
Ərazidə yaşayan sakinlər bildirib ki, hadisə nəticəsində içməli su yola axır:
“Təmiz suyun yola axıb israf olması bir dərd, yolda yaranmış süni gölməçə başqa dərd... Borudan axan su həm piyadaların, həm də avtomobillərin hərəkətinə çətinlik yaradır. Çox istərdik ki, tez zamanda boru təmir edilsin, problem aradan qaldırılsın”.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu göndərdik. Qurumdan Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən problemlə bağlı tədbir görülüb:
“Su kanal idarəsinin qəza xidməti vəziyyətdən xəbərdardır, qəzanın aradan qaldırılması istiqamətində işlər görülərək qəza aradan qaldırılıb”.
Sözügedən görüntüləri təqdim edirik:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












