Bakıda sürücülər təbii ehtiyaclarını butulkaya edib yola atdılar - VİDEO

Paytaxtda piyada qarşılaşdığı xoşagəlməz görüntünü videoya çəkərək sosial şəbəkə hesabında paylaşıb.
Avtosfer.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Görüntüdən aydın olduğu kimi, içi bilinməyən maye ilə dolu bir neçə plastik butulka yola atılıb. Şikayətçinin iddiasına görə, taksi fəaliyyətiylə məşğul olan sürücülər təbii ehtiyaclarını butulkaya edərək yola tullayıblar. O, həmçinin hadisənin dəfələrlə şahidi olduğunu qeyd edib. Bu əməli törədən şəxslər isə yolu zibilləməklə yanaşı yola tökülən maye nəticəsində üfunətin ətrafa yayılmasına səbəb olurlar. İstənilən halda insan üçün bu davranış qəbuledilməzdir.
Təəssüflə qeyd edək ki, bəzi sürücülər sanitariya-gigiyena qaydalarına riayət etmirlər. Hətta yaxınlıqda zibil qutuları olsa belə küçəni siqaret kötüyü, qida tullantıları ilə zibilləyirlər.
Xatırladaq ki, qanunvericilikdə küçələri, ümumi istifadə üçün nəzərdə tutulmuş əraziləri, ictimai nəqliyyat vasitələrini zibilləməyə görə müəyyən cərimələr nəzərdə tutulub.
Nərmin
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO










