Bakıda sürücünün avtobusu qapısıaçıq idarə etməsinin səbəbi BİLİNDİ - YENİLƏNİB

Hadisə 5 İyul 2024 13:16 Oxunub 296
Bakıda sürücünün avtobusu qapısıaçıq idarə etməsinin səbəbi BİLİNDİ  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda 208 nömrəli avtobusun qapısıaçıq şəkildə idarə edilməsi texniki nasazlıq səbəbindən baş verib.

Avtosfer.az xəbər verir ki, bu məlumat Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən verilib.

"Baş vermiş hadisə ilə bağlı araşdırma aparılıb. Məlum olub ki, avtobusun qapısında texniki nasazlıq yarandığı üçün bağlanmayıb. Növbəti dayanacaqda texniki heyət cəlb olunaraq qısa zamanda nasazlıq aradan qaldırılıb", - deyə məlumatda bildirilir.

***

12:42

Bakıda 208 saylı marşrut avtobusunu qapısıaçıq formada idarə edən sürücü barəsində qanuna müvafiq tədbir görülüb.

Avtosfer.az xəbər verir ki, bu məlumatı oxu.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin inspektoru, polis kapitanı Pərvanə Muradova verib.

"Sosial şəbəkədə yayılan videogörüntü ilə əlaqədar tərəfimizdən araşdırılma aparılıb və sürücü müəyyənləşdirilərək barəsində qanuna müvafiq tədbir görülüb", - deyə P.Muradova qeyd edib.

Xatırladaq ki, ötən gün 208 saylı xətt üzrə marşrut avtobusunun sürücüsü nəqliyyat vasitəsini qapısıaçıq şəkildə idarə etmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh