Bakıda taksi sürücüsü müştəri ilə insidentə görə həbs edildi

Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
Belə ki, G.Məmmədova (şərti) Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək taksi sürücüsünün onun evinə hücum etdiyini deyib.
Polis əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar və 1982-ci il təvəllüdlü sürücü E.Əkbərli (şərti) saxlanılıb.
Saxlanılan şəxs Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparılıb, eləcə də ondan şikayətçi olan qadın izahat verməsi üçün oraya dəvət edilib.
G.Məmmədova bildirib ki, mübahisə xırda pulunun olmamasına görə başlayıb: “Metronun “Sahil” stansiyasından yaşadığım ünvana getmək üçün nağd ödəniş seçməklə taksi sifariş vermişdim. Üzərimdə xırda pul olmadığı üçün yaşadığım mənzilə gedib uşağın cibindən 2 manat götürdüm. Taksi proqramı 4 manat 70 qəpik yazmışdı, sürücüyə 5 manat verəcəkdim. Ancaq sürücünün kobud münasibətinə görə 4 manat 70 qəpiyi avtomobilin oturacağının üstünə qoydum. Amma o, taksini gözləməyə qoyduğunu, buna görə 5 manat 50 qəpik ödəməli olduğumu bildirdi. Mən də yenidən pul götürmək üçün evə qalxdım. Bacım da həmin vaxt evdə idi. Daha sonra sürücü də binada yaşadığım mənzilə qalxıb, mənə dələduz deyərək pulunu verməyimi tələb etdi, mənzilin qapısını təpikləyərək zorla evə daxil olmağa çalışdı. Bu şəxsin islah edilməsini tələb edirəm”.
Taksi sürücüsü isə qeyd edib ki, müştəri xırda pul gətirmək üçün gedib və 2 saat geri qaytmayıb:
“Sertifikat əsasında taksi sürücüsü kimi işləyirəm. Mən ona kartla ödəniş edə biləcəyini dedim, amma razılaşmadı. O gedib nağd pul gətirəcəyini dedikdə gözləmənin hər dəqiqəsinə görə 1 qəpik xidməthaqqı yazıldığını dedim. İlk olaraq yarım saatdan çox gözlədim. Ödənişi gətirib verdikdə gözləməyə görə əlavə pul yazdığını dedim. O yenə gedib gətirəcəyini dedi, amma geri qayıtmadı. 2 saata yaxın gözlədim. Ona zəng edib ödənişi tələb etdim, əks halda polisə verəcəyimi dedim. Daha sonra həmin binada mənzilini tapıb qapıya yaxınlaşdım”.
Polis tərəfindən taksi sürücüsü barəsində inzibati protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 12 sutkalıq həbs verilib.
Bu hadisə səbəbindən sürücü Yeni ili həbsdə qarşılamalı olacaq.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












