Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - RƏSMİ - VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.
Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif hotellərdə gecələdiyi müəyyən edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Elşən Əliyev ürək-damar cərrahıdır və “Lazur Hospital”, “Real Hospital”, eləcə də “Alo Klinika” kimi bir sıra özəl klinikalarda çalışıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Avtomobildə sıxılı vəziyyətdə qalan qadın belə xilas edildi - VİDEO
Ağdamda minaya düşən Ceyhunun - FOTOsu
Baş İdarə əməliyyat keçirdi – Həbs olunanlar var - FOTO
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB










