Bakıda təhlükə daşıyan marşrut - 202 saylı avtobus hər gün ayrı nasazlıqla GÜNDƏMDƏ - VİDEO

202 saylı marşrut avtobusunda ard-arda baş verən nasazlıqlar, tüstülənmə və sonuncu qəza bir daha göstərir ki, məsələ sadəcə texniki nasazlıqlıq deyil, sistemli laqeydlik problemidir. Bu gün avtobusun yenidən tüstüləməsi, mühərrikdən tüstü çıxması və xətt üzrə hərəkətin təhlükəyə çevrilməsi ortada çox ciddi bir sual qoyur: bəs bu problem nə vaxt həll olunacaq?
Son günlər baş verən hadisə - “Çinar Trans” MMC-yə məxsus 202 saylı avtobusun idarəetməni itirərək avtomobilləri əzməsi və obyektə çırpılması, problemin miqyasını açıq şəkildə göstərdi. Sürücü “maşının beyni qarışıb” desə də, şirkət rəhbəri bunu “texniki yorğunluqla” izah etməyə çalışır. Lakin nə sürücünün dediyi, nə də direktorun açıqlaması məntiqli, texniki cəhətdən əsaslandırılmış deyil. İki-üç illik “yeni nəsil” avtobusun “qazının ilişməsi” və ya “beyninin qarışması” yalnız bu nəqliyyat vasitələrinə real texniki nəzarət varmı? sualını yaradır.
Sərnişin daşıma ilə məşğul olan şirkətin “axşam maşın yorulur, belə olur” kimi izahları məsuliyyətsizliyin pik nöqtəsidir. Texniki baxışın formal xarakter daşıması, nasazlıqların gizlədilməsi və təhlükəsizlik standartlarının kağız üzərində qalması şəhər sərnişindaşımasının keyfiyyətinə ciddi kölgə salır.
Əgər gündəlik fəaliyyət göstərən marşrut avtobusları bu vəziyyətdədirsə, hər gün on minlərlə insanın həyatı necə təminat altına alınır? Nasaz avtobusların yola buraxılması nə qanunlara, nə də vicdana sığır. Bu cür hadisələr göstərir ki, “baxışdan keçib” deməklə məsuliyyətdən qaçmaq mümkün deyil.
İctimai nəqliyyatda real texniki nəzarət bərpa edilməli, nasaz avtobuslar dərhal xəttdən çıxarılmalı, sürücülərin və sərnişinlərin həyatı bu cür ciddiyyətsiz yanaşmanın qurbanına çevrilməməlidir./redaktor.az
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO








