Bakıda tıxacda sürücülər bıçaq davasına çıxdılar – TƏFƏRRÜAT

Hadisə 29 Yanvar 2025 17:24 Oxunub 368
Bakıda tıxacda sürücülər bıçaq davasına çıxdılar – TƏFƏRRÜAT
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Səbail rayonunda Rza şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı əvvəllər tanımadı Səmədə (adlar şərtidir – red.) xəsarət yetirib. 

Avtosfer.az demokrat.az-a istinadən xəbər verir ki, hadisə 1 aprel 2024-cü ildə Səbail rayonu, Zərifə Əliyeva küçəsində baş verib. 

Rza avtomobil idarə edən zaman, həmin vaxt onunla eyni küçədə hərəkətdə olan Opel Astra markalı avtomobilin sürücüsü Səməd ilə yol verməməyə görə sonuncunun avtomobili saxlayaraq aşağı düşüb və onun avtomobilinə yaxınlaşıb, nalayiq sözlərlə onu təhqir edib. 

Rza Səmədin onun yaxasından tutaraq yumruqla vurduqdan sonra şəxsi münasibətlərin pozulması zəminində aralarında yaranmış mübahisə zamanı avtomobildə gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla onun əvvəl sol və sağ əllərinə bir neçə zərbə vurub.

Hadisəni törədən Rzanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rza ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O, ifadəsində göstərib ki, hadisə vaxtı yolun 4-cü zolağında maşınla hərəkətdə olub: 

“Maşınında iki nəfər sərnişin əyləşib. Bir müddətdən sonra yolun üçüncü zolağıdan bir maşın dönmə siqnalını yandırmadan ötmə əməliyyatını həyata keçirərək mənim olduğum zolağa keçmək istədi. Ancaq maşınların arasında zolaq dəyişmək üçün yetəri qədər məsafə olmadığından və nəticədə qəza şəraiti yarandığından digər maşına siqnal verərək qəza şəraiti yaranmaması məqsədi ilə xəbərdarlıq edib. Digər maşın öz zolağına geri qayıtdı. Sonra həmin maşın mənə arxadan öz maşınının faralarını yandıraraq maşını saxlamağımı bildirdi. Mən maşını saxlamadım və hərəkətə davam etdimr. Bir müddət sonra həmin maşın yolun sağ tərəfindən mənim maşınıma tərəf yaxınlaşdı. Həmin şəxsin maşının sürücü tərəfində yerləşən yan şüşəsi bir qədər açıq oldu. 

Həmin şəxsin əl hərəkətləri və mimikasından mənə qarşı nalayiq ifadələr işlətdiyini, dəfələrlə məndən öz maşınımı saxlamağımı tələb etdiyini gördüm. Mən maşınında sərnişin olduğunu, sərnişinin göstərdiyim yerin həmin ərazinin yaxınlığında olduğunu və sərnişini düşürdükdən sonra maşından düşərək  onunla söhbət edəcəyimi dedim, arxamca gəlməsini bildirdim. 

Digər sürücü mənə qulaq asmadı, bir neçə dəfə maşınımı öz maşını ilə sıxdı. Nəticədə yolda bir boşluq taparaq maşınını onun maşınının qabağına verərək saxladım. Həmin şəxs maşını saxlayandan sonra şəxs maşından düşərək üstümə gəldi. Mənim maşınımın sükan tərəfdə yerləşən yan şüşəsi açıq vəziyyətdə olub. Üstümə gələn şəxs maşınıma yaxınlaşandan sonra maşının tutacağına əl atdı. Ancaq maşın bağlı vəziyyətdə olub”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, maşınında olan balaca bir bıçağı çıxarıb və ona qarşı fiziki güc tətbiq etdiyi halda ona bıçaq vasitəsi ilə zərbə endirəcəyini deyib: 

“Həmin şəxs sözlərimdən sonra bir qədər fikirləşdi. Ancaq nəticədə üstümə gəldi, mənə qarşı fiziki güc tətbiq etdi. Sükan arxasında məni sıxdığına görə həmin şəxsi görmədim. Sonra müdafiə məqsədi ilə Səmədin qol nahiyyəsinə bıçaq zərbəsi vurdum və şəxs bir qədər geri  çəkildi. Səmədə mənimlə mübahisə etməməsini, getməsini bildirsəm də, sonuncu baş verənlərə baxmayaraq yenidən üstümə gəldi. Həmin şəxs yenidən mənə qarşı fiziki güc tətbiq etdi. Mən də yenidən müdafiə məqsədi ilə ona bıçaq zərbəsi endirdim. Səmədin sinə nahiyyəsinə zərbə endirməyimi sonradan atam mənə dedi. Çünki hadisə zamanı Səməd məni maşında sıxdığından onun  bədəninin hansı nahiyyəsinə zərbə endirdiyimi bilməmişəm”.

Rza deyib ki, hadisə axşam radələrində, “Kontinental” hotelin qarşısında baş verib: 

“Həmin vaxt yolda tıxac  olub. Səməd yoluma keçərək qabağımı kəsib. Məcburiyyət qarşısında qalaraq öz maşınımı saxlamışam. O, mənim üstümə hücum çəkdi. Mən öz zolağımda hərəkətdə olmuşam. Digər şəxs dönmə siqnalını yandırmadan olduğum zolağa keçmək istədi. Bu səbəbdən siqnaldan istifadə edərək xəbərdarlıq etmişəm. Onu həyata keçirdiyi dönmə əməliyyatı qanunsuz olub. Birinci epizodla ikinci epizodun arasında təxminən 150-200 metrə məsafə olub. Hadisə baş verdikdən sonra maşınımdakı sərnişinlər düşərək getdilər. Mən Səmədlə mübahisə etdikdən sonra hadisə yerindən uzaqlaşdım. Səmədin aldığı xəsarətlər barədə sonradan atamdan xəbər almışam”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Səmədin sözlərinə görə, yolda hərəkət zamanı sıx tıxac olduğundan Rza ilə aralarında mübahisə yaranıb: 

“Hər birimiz öz maşınımızdan bir-birimizə qarşı nalayiq ifadələr işlətdik. Sonra ikimiz də hadisə yerində, yolun kənarında maşınlarımızı saxladıq. Mən Rzanın maşınına yaxınlaşdım və yenidən bir-birimizə qarşı nalayiq ifadələr işlətdik. Sonra əlbəyaxa olduq və nəticədə məlum hadisə baş verdi”.

Zərərçəkmiş şəxs bildirib ki, hadisə zamanı yolda sıx tıxac olub: 

“Orucluq ayı olduğundan ikimiz də oruc tutmuşuq. Bu səbəbdən əsəblərimi cilovluya bilmədim və hadisə baş verdi. Rza mənim döş qəfəsimə, çiynimə və əlinə bıçaqla xəsarət yetirib”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. 

Məhkəmənin Rzanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub. 
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh