Bakıda toy zamanı şadlıq evində yanğın - “Zalda bir nəfər qalmasın” - VİDEO

Bakıda şadlıq evlərindən birində toy zamanı yanğın olmasını əks etdirən görüntülər yayılıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə noyabrın 21-də Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən “Grand Neon” şadlıq sarayında baş verib.
Belə ki, qığılcım toy zamanı şadlıq sarayındakı işıqlandırma və tüstüvurma üçün istifadə edilən dekorasiya sistemində başlayıb. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.
Toyun aparıcısı qonaqların dərhal şadlıq evini tərk etməsini xahiş edib və mikrofonla “Hər kəs təxliyə olunsun, zalda bir nəfər qalmasın” deyə səslənib. Bundan sonra zal boşaldılıb.
Bildirilir ki, şadlıq sarayının işçiləri qısa müddətdə yanğını söndürməyi bacarıblar.

Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










