Bakıda Türkiyə vətəndaşı və arvadı dəm qazından boğuldu - YENİLƏNİB

Hadisə 13 Fevral 2024 20:25 Oxunub 570
Bakıda Türkiyə vətəndaşı və arvadı dəm qazından boğuldu  - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Yasamalda meyiti tapılan ər-arvadla bağlı bəz təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, Alatava adlanan ərazidə Türkiyə vətəndaşı 1950-ci il təvəllüdlü Mehmet Ulaş və Azərbaycan vətəndaşı olan həyat yoldaşı 1970-ci il təvəllüdlü Aidə Ulaşdan yaxınları bir neçə həftədir xəbər ala bilməyiblər.

Bununla bağlı ailənin yaxınları hüquq-mühafizə orqanlarına müraciət edib .

 

Onların yaşadığı evin qapısı qırılaraq içəri daxil olunub. Məlum olub ki, ər-arvad dəm qazından boğulublar. Meyitlər evdən çıxarılaraq adiyyatı üzrə təhvil verilib.

Meyitlər üzərində aparılan müayinə zamanı hər hansı bir xəsarət aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda evdə ər-arvadın meyiti tapılıb.

Hadisə Yasamal rayonu, Alatava qəsəbəsində yerləşən evdə qeydə alınıb.

Hələlik adları açıqlanmayan ər-arvadın mənzildə meyiti tapılıb.

Onların hansı səbəbdən ölməsi araşdırılır. (apa)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh