Bakıda yanan mikroavtobus söndürüldü - YENİLƏNİB

Hadisə 18 İyun 2024 14:36 Oxunub 282
Bakıda yanan mikroavtobus söndürüldü - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Heydər Əliyev prospektində yanan avtomobil söndürülüb.

Bu barədə Avtosfer.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

"Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb".

***

13:45

Nərimanov rayonu, Heydər Əliyev prospektində mirkoavtobusda yanğın baş verib.

Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh