Bakıda yaşayış binasında YANĞIN - 12 nəfər TƏXLİYƏ EDİLDİ - VİDEO

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onikimərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.
FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 18 kvadratmetr sahədə yanıb.
Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib.
FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində üçü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub.
Cərimə balı, cərimələri sistemdən “silən” DƏLƏDUZ PEYDA OLUB
Üzr istəməyən dostunu öldürdü, qaçanda maşın vurdu - BAKIDA FİLM KİMİ CİNAYƏT
Sərxoş halda 102-yə zəng edib qiymətdən danışdı, həbs olundu
Polis əməliyyat keçirdi - 126 nəfər saxlanıldı
Bakıda yük maşını təhlükə yaratdı - VİDEO
Şəhidlər məscidi yaxınlığında təhlükə: 20 gündür aşmış ağac götürülmür - FOTOLAR
FHN əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüsü - VİDEO
Çalışdığı avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanıldı
FHN əməkdaşının öldüyü hadisə ilə bağlı rəsmi AÇIQLAMA - FOTO - YENİLƏNİB
Bakıda “Ford" yanıb - VİDEO
Hicab bağlayıb marketi talayan qaraçı qadınlar SAXLANILDI - VİDEO










