Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - YENİLƏNİB + VİDEO

Hadisə 21 Fevral 2022 10:34 Oxunub 1186
Bakıda yaşayış binasında yanğın: Sakinlər təxliyə edildi - YENİLƏNİB + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı yeni məlumat yayıb. 

Nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 54 kvadratmetr olan mənzilin mətbəxinin yanar konstruksiyaları 10 kvadratmetr sahədə yanıb və yüksək temperaturdan dəhlizin tavanı 5 kvadratmetr sahədə qarsalanıb. Yanğın zamanı yanğınsöndürən və xilasedicilər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.  Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.  Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

09:32

Bakıda yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə məlumat daxil olub.

Bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsində yerləşən binasının birinci mərtəbəsindəki mənzildə yanğın olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğın söndürülüb. Hadisə yerindən görüntüləri təqdim edirik:

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh