Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB

Hadisə 5 Yanvar 2022 16:09 Oxunub 968
Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

15:29

Bakıda çoxmərtəbəli yaşayış binası yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh