Bakıda yaşayış evində partlayış - FOTO - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış zamanı xəsarət alanların son vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, xəsarət alan dörd nəfər (üçü qadın, biri kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub:
"Martın 6-da Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqadalar cəlb olunub.
Xəsarət alanlardan 2017-ci il təvəllüdlü (kişi cinsli) azyaşlıya bədən səthinin 80%-nin III-IV dərəcəli termiki alov yanığı şoku, 2018-ci il təvəllüdlü (qadın cinsli) azyaşlıya bədənin II-III dərəcəli termiki alov yanığı şoku, 1960-cı il təvəllüdlü (qadın cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı, 1990-cı il (qadın cinsli) təvəllüdlü şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.
Hazırda 2017-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 3 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.
Partlayışda xəsarət alan bir nəfərə isə yerində tibbi yardım göstərilib".(oxu.az)
***09:18
Bakının Sabunçu rayonunda yaşayış evində partlayış olub.
Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Nazirliyin “112” qaynar telefon xəttinə rayonun Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 80kv.m. olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu
Restoranda hallanan kişi qadın sürücünü evinədək təqib etdi - Əri ilə dalaşıb həbsə düşdü
















