Bakıda yeniyetmə azyaşlını itələyib maşının önünə atdı - ANBAAN VİDEO

Hadisə 19 İyun 2024 19:12 Oxunub 3264
Bakıda yeniyetmə azyaşlını itələyib  maşının önünə atdı  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Qəzadan son anda xilas olan azyaşlının videosu sosial şəbəkədə geniş yayılıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət öncə səhər saatlarında qeydə alınıb. Belə ki, azyaşlıyla mübahisə edən yeniyetmə onu anidən itələyib. Nəticədə uşaq hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin önünə düşüb. Xoşbəxtlikdən sürücü vaxtında nəqliyyat vasitəsini saxlayıb və baş verə biləcək qəzanın qarşısını alıb. Hadisə zamanı uşaq xəsarət almayıb.

Qeyd edək ki, yeniyetmənin davranışı sosial şəbəkədə qınaq obyektinə çevrilib. İstifadəçilərin əksəriyyəti onun qəsdən bu əməli törətdiyini bildiriblər.  

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh