Bakıda yol nişanının qarşısını ağacların kəsməsi təhlükə yaradır - VİDEO

Bakının Yasamal rayonunun ərazisində yol nişanının görünməz olması həm sürücülərin, həm piyadaların narazılığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a müraciət daxil olub.
Bildirilib ki, Şəfayət Mehdiyev və Landau küçələrinin kəsişməsindəki ağaclar piyadalar üçün nəzərdə tutulan yol nişanını görünməz edib.
"Bu yolda avtomobillər intensiv hərəkət edir. Piyadalar üçün nəzərdə tutulan yol nişanı ağacların arasında görünməz olduğu üçün sürücülər piyadalara yol vermirlər. Günün qaranlıq saatlarında yerdəki xətlər də görünməz olur. Nişanın görünməz olması həm sürücülər, həm piyadalar üçün real təhlükə yaradır", - deyə müraciətdə bildirilib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, nişanların qarşısı budaqlarla örtüldüyü zaman quruma həmin nişanın balansdaşıyıcısı tərəfindən rəsmi müraciət daxil olmalıdır:
"Lakin buna baxmayaraq, birliyin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir və belə hallar aşkarlandıqda aradan qaldırılır. Sözügedən əraziyə də baxış keçiriləcək və həmin ağacların aqrotexniki qaydalara uyğun budanması mümkün olduğu təqdirdə məsələ öz həllini tapacaq", - deyə məlumatda bildirilib.
Gəncədə qətlə yetirilən şəxs DİREKTOR MÜAVİNİ İMİŞ: Oğlu saxlanıldı - FOTO - YENİLƏNİB
Səs-küylü cinayət işi Ali Məhkəmədə - Bakıda TIR-larla yolu kəsən şirkət rəhbəri ilə bağlı QƏRAR
Cəriməni ödəyə bilməyən sürücü qoyun oğurladı - Məhkəmə ağır cəza verdi
Bu gənc qızla-oğlanı polis axtarır – SƏBƏB
Azərbaycanda tanınmış cərrah əməliyyatı qüsurlu icra etdi: 32 min ödəyəcək
Xətaidə gecə ilə peyda olan DAHA BİR OBYEKT - FOTO
Bakı metrosunda HƏYƏCANLI ANLAR - YENİLƏNİB
Polis məşhur tiktoker Solmazı söyüşə görə həbs etdi - FOTO
Oğurlanan avtomobil nömrələri bərpa olunmur? - Qanun nə deyir? - VİDEO
Şəmkirdə "Prado"da meyit tapıldı
İtkin düşən 88 yaşlı kişi axtarılır - FOTO










