Bakıda yol üstündə dava - Bıçaqla vurub öldürdü - VİDEO

Bakının Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları, zərərçəkmiş şəxsin hüquqi varisinin şəxsiyyəti dəqiqləşdirilib. Təqsirləndirilən şəxs taksi sürücüsü işlədiyini bildirib. Media nümayəndələrisinin prosesi işıqlandırılmasına məsələsi aydınlaşdırılarkən prokuror çəkilişə etiraz etmədiyini, təqsirləndirilən şəxs və vəkili məsələni məhkəmənin mülahizəsinə buraxdıqlarını, zərəçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsi isə buna etiraz etdiklərini bildiriblər. Məhkəmə qərara alıb ki, 3 dəqiqə ərzində videogörüntülər qeydə alına bilər. Prokuror ittiham aktını elan edib. Proses oktyabrın 30-na təxirə salınıb.
Qeyd edək ki, hadisə bu il aprelin 25-i saat 8 radələrində Binə qəsəbəsi ərazisində baş verib. 3-cü polis şöbəsindən Xəzər rayon prokurorluğuna Səlim Əliyevin öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, sürücülər arasında bir-birilərinə yol verməyə görə mübahisə yaranıb. Ünvanlarına qarşılıqlı nalayiq ifadələr işlədiblər. Nəticədə avtomobildə saxladığı bıçaqla Maksim Əhmədov Səlim Əliyevin döş qəfəsinə zərbə endirib. Zərərçəkmiş kəskin qanitirmədən hadisə yerində ölüb. Əhmədov saxlanılaraq, istintaqa təhvil verilib.
Səlim Əliyevin makler kimi fəaliyyət göstərməsi bildirilib.
Xəzər rayon prokurorluğu tərəfindən Maksim Əhmədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 228.5-ci (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham verilib.

Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi
Moskva-Bakı reysi ilə uçan təyyarə qəza enişi edib
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 11 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO










