Bakıda yol verməmək üstündə sürücünü bıçaqlayan şəxsə AĞIR CƏZA

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Sərxan Sərxanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sərxan Sərxanova 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə bu il Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsində qeydə alınıb.
Belə ki, Sərxan Sərxanov idarə etdiyi "Hyundai Santa Fe" avtomobili ilə hərəkət edərkən VAZ-21074 markalı avtomobilin sürücüsü, zərərçəkmiş Taryel Kərimovun (adı, soyadı şərtidir) maşınını saxladaraq irad bildirərək onunla söhbət etməyə başlayıb. Bu zaman hər iki şəxs arasında yol verməmək üstündə mübahisə başlayıb. Nəticədə Sərxan cib bıçağı ilə zərərçəkmiş şəxsin qarın nahiyəsindən qəsdən bir dəfə vuraraq, ona bədən xəsarəti yetirib.
Hadisədən sonra Sərxan Sərxanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












