Bakıda yola dizel yanacağının dağılması qəzalara səbəb olub - VİDEO

Bakıda yola dizel yanacağının dağılması bir neçə qəzaya səbəb olub.
Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında paytaxtın Xətai rayonu, ''NZS'' qəsəbəsində baş verib. Süleyman Əhmədov küçəsində yanacaq daşıyan avtomobilin çənindəki kranda nasazlıq yarandığından dizel yola dağılıb. Sürücü bundan xəbərsiz olduğundan yüzlərlə metr gedib. Ətrafda olanların müdaxiləsi ilə həmin nəqliyyat vasitəsi saxlanıb və yanacağın yola tökülməsinin qarşısı alınıb. Amma dizelin yola dağılması böyük təhlükəyə səbəb olub. Bundan xəbərsiz olan digər sürücülər təhlğükəli anlar yaşayıblar. Hətta bir neçə yüngül qəza da baş verib. Sürücülər yolda hərəkətin çətinləşdiyini deyiblər. Sürət azaldığından yolda sıxlıq da yaranıb. Ərazidə olanların verdiyi məlumatdan sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsödürən avtomobili və canlı qüvvəsi gəlib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanacaq daşıyan avtomobildən yolun hərəkət hissəsinə təqribən 250 metr məsafədə dizel dağılıb. Hadisə yerinə cəlb olunmuş yanğınsöndürmə qüvvələri tərəfindən yol yuyularaq müvafiq təhlükəsizlik tədbiri görülüb. Bundan sonra yolda hərəkət normallaşıb.
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO
Huşsuz vəziyyətdə olan sürücü yanan avtomobildən belə xilas edildi – ANBAAN VİDEO
Tələbələrin fotolarını yayan şəxsin barəsində cinayət işi başlanıldı - VİDEO
Azərbaycanda gün ərzində ikinci zəlzələ - FOTO
Bakıda görünməmiş hadisə: Yeni səki salınması NARAZILIĞA SƏBƏB OLDU - VİDEO
Bakıda gecə yarısı kabus: Qadın hərəkətdə olan maşının üzərinə getdi - VİDEO
Xanım tələbələri şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakıda qumar oynayan taksi sürücüsü saxlanıldı - 3 min manat cərimələndi
Qırmızı işıqda gözləyən avtomobillər çökən yola düşdü - FOTO
Motosikletlə kafeyə girib narahatlıq yaradan sürücü cərimələndi – 250 manat - VİDEO
Taksi sürücüsü müştərini aparmaqdan imtina etdi - Məhkəməlik oldu









