Bakıda yolda özbaşınalıq: Qadın maşının qarşısını kəsib yumruq atdı - VİDEO

Bakının Nizami rayonunda üç piyada yolda dayanan maşının qarşısını kəsiblər.
Avtosfer.az xəbər verir ki, hadisə ötən gün günorta saatlarında baş verib.
Belə ki, onlardan ikisi qadın, biri kişi olub. Qadınlardan biri "Volkswagen" markalı nəqliyyat vasitəsini yumruqlamağa başlayıb və sürücüdən maşını yolun kənara çəkməsini tələb edib.
Daha sonra sürücünün yanında əyləşən xanımı təkidlə avtomobildən düşürüblər. Bununla da aralarındakı gərginlik daha da artıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, yolun hərəkət hissəsində mübahisə edərək digər hərəkət iştirakçılarına maneə yaradan şəxslər ərazi üzrə polis orqanına dəvət olunaraq izahatları alınıb.
Tərəflər izahatlarında şikayətlərinin olmadığını bildiriblər.
Onlarla profilaktiki söhbət aparılaraq belə hərəkətlərin digər sürücülərə ciddi təhlükə yarada biləcəyi barədə izah verilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.
(oxu.az)
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI
Qubada ər arvadını qətlə yetirdi - Sonra özünü asdı - YENİLƏNİB
Yolu kor-koranə keçən qadın qəzadan son anda xilas oldu - VİDEO
Prospektdə gənc oğlan skuterlə əks yola çıxıb təhlükə saçdı - VİDEO
Sürücüdən MƏSULİYYƏTSİZ ADDIM: Yola beton tökdü - ANBAAN VİDEO
Xaçmazda maşın piyadanı vuraraq ÖLDÜRDÜ
Xəzər dənizində ZƏLZƏLƏ oldu - FOTO
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxladı - VİDEO










