Banner

Bakıda yol polisi məmuru saxlayıb PPX çağırdı - Məhkəmə bəraət verdi

Yol polisi 9 Yanvar 2026 21:36
Bakıda yol polisi məmuru saxlayıb PPX çağırdı - Məhkəmə bəraət verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılan vəzifəli şəxsə məhkəmə bəraət verib. 

Avtosfer.az-ın məlumatına görə, Azadlıq prospektində "BMW" markalı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini taxması aşkar görünmədiyi üçün Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

“Chery” və “Lifan”da sürət qutularının əsas problemi - EKSPERT RƏYİ

1995-ci il təvəllüdlü sürücü R.H. ona cərimə yazılmasına etiraz edib. Saxlanılan şəxs YPX-nin əməkdaşının alkotestr ilə yoxlamasına razı olmayıb, tibbi müayinə yerinə aparılmasını tələb edib. YPX əməkdaşları sürücünün saxlanılması üçün əraziyə Post Patrul Xidmətinin (PPX) əməkdaşlarını çağırıblar. 

R.H. PPX əməkdaşlarının təklifi ilə 16-cı Polis Şöbəsinə gedib. Hətta polis əməkdaşları tərəfindən onun sərxoşluq vəziyyəti də yoxlanılıb və ayıq olduğu müəyyən edilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (polisin qanuni tələbinə qəsdən tabe olmamaq) protokol tərtib edilərək, iş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə R.H. bildirib ki, polisin hansı qanuni tələbinə tabe olmaması hələ də ona məlum deyil. Ona görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib. Təqsirləndirilən şəxs barəsində YPX əməkdaşları tərəfindən məhkəməyə sübut üçün videoçəkiliş aparılmadığı məlum olub. 

Məhkəmənin hökmü ilə R.H. barəsində İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci (şəxsin bu inzibati xəta ilə əlaqəsi yoxdur) maddəsinə əsasən xitam verilib. 

Qeyd edək ki, saxlanılan R.H. ali təhsillidir və Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırma Baş idarəsinin müstəntiqi vəzifəsində çalışır.

Oxunub 1726
ŞƏRH YAZ
Ad

E-mail

Şərh