Bakıda zibil qutularının yanında baltalanmış kişi tapılıb

Oktyabrın 13-də axşam saatlarında Yasamal rayonu ərazisində 1987-ci təvəllüdlü A.İbrahimovun bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı, polis baş-leytenantı İbrahim Əmiraslanlı bildirib.
Hadisə ilə bağlı təhqiqat araşdırmaları və əməliyyat tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***
Bakının Nərimanov rayonunda 37 yaşlı kişi baltalanıb.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü İbrahimov Azər Şaban oğlu qolundan və kürəyindən balta xəsarətləri alıb.
Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.
A.İbrahimovun ağır yaralı olduğu aşkarlanıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.
Hazırda fakt araşdırılır.
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü
Şok ittiham: Qətl törədən şagirdə ruhi xəstə olması ilə bağlı saxta sənəd düzəldilir? - FOTO
Parkla yolu səhv salan piyada qəza təhlükəsi yaratdı - VİDEO
286 km/saat sürətdə təkər cırıldı, zərərçəkən olmadı - VİDEO
Bakıda Çin maşını ilə "avtoş"luq edən saxlanıldı












