Bakının 3 məktəbində nöqsanlar aşkarlandı - Direktorlar İŞDƏN ÇIXARILDI

Paytaxtın 25, 81 və 203 nömrəli tam orta məktəblərdə aparılan yoxlamalar zamanı bir sıra nöqsanlar aşkarlanıb və sözügedən təhsil müəssisələrinin direktorları vəzifələrindən azad edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi qəzetinə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Belə ki, yoxlamalar zamanı 25 nömrəli tam orta məktəbdə şagird davamiyyətinin zəif olduğu, dərnəklərin fəaliyyəti düzgün təşkil edilmədiyi və məktəb sənədlərinin qaydalara uyğun tərtib olunmadığı müəyyən edilib. Eyni zamanda texniki işçinin əməkhaqqından digər işçilərə ödəniş verildiyi aşkarlanıb.
81 nömrəli tam orta məktəbdə dərsə davamiyyətin zəif olması, dərnəklərin tədris edilmədiyi, zəruri dərs saatlarının bölünmədiyi, fərdi təhsilin düzgün aparılmadığı məlum olub. Məktəbdə eyni zamanda kiçik xidmətedici işçilərin öz vəzifələrini icra etmədikləri, təsərrüfat işləri üzrə direktor müavininin uzun müddət onnun tabeliyində gözətçi işlədiyi aşkar edilib.
203 nömrəli tam orta məktəbdə aparılan yoxlamalara gəlincə, müəyyən edilib ki, dərsdənkənar məşğələlər düzgün təşkil edilməyib, məktəb sənədləri qaydasında deyil. Həmçinin təsərrüfat işləri üzrə direktor müavininin həyat yoldaşının onun tabeçiliyində ocaqçı vəzifəsində çalışdığı, texniki işçilərin gündəlik davamiyyətinin olmadığı və təhsil müəssisəsində repetitorluq fəaliyyətinin olduğu müəyyənləşdirilib.
"Azəriqaz" yüzlərlə kəndlini işsiz qoydu – Məhkəmə qərarı icra edilmir
Bakıda sərnişin avtobusu çuxura düşdü - VİDEO
Arvadının burnunu sındırdı: “Taksidən düşəndə...”
Keçidin yaxınlığından yola qaçan piyada qəzadan saniyə ilə qurtuldu - VİDEO
7-ci mikrorayonda yol çöküb - Maşın batdı - VİDEO - YENİLƏNİB
Tufandağa istirahətə gedənlər dağ kosteri xəttində qaldı; heç kim kömək etmədi - VİDEO
Güclü külək Lənkəran-Lerik yolunda məhdudiyyətlərə səbəb oldu - VİDEO
“20 Yanvar” istiqamətində avtomobil alışdı: Sıxlıq yarandı - FOTO - VİDEO
Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı
Dumanlı havada ölüm təhlükəsi: Dağ Göylər-Çöl Göylər yolu sürücüləri NARAHAT EDİR
Avtobusdan düşən qadın az qala maşına çırpılacaqdı - ANBBAN VİDEO











