Banner

Bakının bu küçəsini su basıb, sakinlər narazıdır - VİDEO

Hadisə 18 Dekabr 2025 15:30 Oxunub 710
Bakının bu küçəsini su basıb, sakinlər narazıdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın “Binə” Ticarət Mərkəzi və Lökbatan dairəsi istiqamətində yerləşən yol sahəsində yağışdan sonra ciddi problemlər yaranıb. Ərazidə yolun su altında qalması həm sürücülər, həm də piyadalar üçün çətinliklər yaradıb.

Avtosfer.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yağıntılardan sonra sözügedən ərazidə suyun çəkilməməsi səbəbindən hərəkət faktiki olaraq mümkünsüz hala gəlir. “Bura “Binə” Ticarət Mərkəzi, Lökbatan dairəsi tərəfdir. Yağışdan sonra su yolu basır. Nə səhər buradan keçmək olur, nə də axşam”, – deyə sakinlər bildirir.

Qeyd edilir ki, problem uzun müddətdir mövcuddur və hər güclü yağışdan sonra təkrarlanır. Yol örtüyündə toplanan su nəqliyyat vasitələrinin hərəkətini ləngidir, bəzi hallarda isə avtomobillərin sıradan çıxmasına səbəb olur. Piyadalar isə məcbur qalaraq alternativ və təhlükəli marşrutlardan istifadə edirlər.

Sakinlər aidiyyəti qurumlardan ərazidə yağış sularının axıdılması sisteminin bərpasını və problemin köklü şəkildə həllini xahiş edirlər. Onların sözlərinə görə, mövcud vəziyyət gündəlik həyatlarını çətinləşdirməklə yanaşı, yol-nəqliyyat hadisələri riskini də artırır.
Eltac

ŞƏRH YAZ
Ad

E-mail

Şərh