Bakının mərkəzində insanlara hücum edən kimdir? - VİDEO

Hadisə 24 May 2024 00:00 Oxunub 300
Bakının mərkəzində insanlara hücum edən kimdir? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının mərkəzi küçəsində naməlum şəxslə turist arasında insident yaşanıb.

Avtosfer.az xəbər verir ki, bununla bağlı “Tempinfo”nun vatsap nömrəsinə hadisəni əks etdirən video göndərilib. Görüntüləri lentə alan paytaxt sakini deyir ki, həmin şəxs onun yanında söyüş söydü və sürətlə hərəkət etməyə başladı.

“Onun belə davranışından şübhələndim. Əvvəlcə psixi probleminin olduğunu düşündüm. Çevrilib arxasınca baxım, gördüm ki, turistə bərkdən çiyin vurdu. O isə bunu təsadüfi sayıb bir qədər dayandı, sonra yoluna davam etdi. Ardınca gördüm ki, əl çəkmək istəmir. Məcbur olub mobil telefonumla çəkərək ona yaxınlaşdım. Bu zaman qorxusundan özünə haqq qazandırmağa başladı. Çəkiliş etməklə turisti əlindən aldım. Açığı, bilmirdim turistdir, sadəcə, insident yaşanmaması üçün belə bir addım atdım”,  –  deyə videonu göndərən şəxs bildirib.

Paytaxt sakini bildirib ki, naməlum şəxs ona kantuziya aldığını da bildirib. Həmin hissə görüntülərdə yer almayıb.

Daha ətraflı videoda:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh