Bakının mərkəzində restoranda yanğın olub - YENİLƏNİB - VİDEO

Hadisə 8 Dekabr 2023 12:19 Oxunub 452
Bakının mərkəzində restoranda yanğın olub - YENİLƏNİB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyi Səbail rayonu, Xaqani küçəsində yerləşən restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xaqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunublar.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

12:05

Bakı şəhərində restoran yanır. 

Oxu.Az-ın məlumatına görə, yanğın Səbail rayonu, Xəqani küçəsində qeyd alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunublar. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh