Bakının mərkəzindəki binada tavan çöküb - VİDEO

“Binamız şəhərin mərkəzində yerləşən memarlıq üslublu binadır. Lakin illərdir ki, su boruları çürüdüyündən sızma baş verib və nəticədə binanın ikinci mərtəbəsi qəzalı vəziyyətə düşüb”.
Avtosfer.az xəbər verir ki, Bu şikayətlə “Qafqazinfo”ya Bakının Nəsimi rayonu, Bülbül prospekti 39 ünvanında yaşayan sakinlər müraciət ediblər.
Onların sözlərinə görə, mütəmadi su sızmasına görə binanın tavanı da çöküb: “Bu hadisə bir neçə dəfə olub. Son 3-4 gündür ki, borularda sızma daha da artmışdı. Su idarəsinə zəng etdik, gəlib suyu bağlayıb getdilər. Ancaq bu, həll yolu deyil. Bu gün səhər binada tavan çökdü, gediş-gəliş yolunu bağladı. Xahiş edirik ki, bura gəlib baxsınlar, nəsə ciddi tədbir görsünlər”.
Problemlə bağlı ADSEA-nın “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Qeyd olunan ünvandakı bina qəzalı vəziyyətdədir. Su xətlərində baş verən nasazlıqlar isə birbaşa olaraq binanın konstruktiv və texniki vəziyyəti ilə bağlıdır. Məsələ ilə əlaqədar olaraq əraziyə dəfələrlə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib, mümkün şərtlər daxilində zəruri bərpa işləri görülüb. Lakin binanın ümumi vəziyyəti su təchizatının sabitliyinə təsir göstərməkdə davam edir”.
Ağdamda minaya düşən Ceyhunun - FOTOsu
Baş İdarə əməliyyat keçirdi – Həbs olunanlar var - FOTO
Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
Türkiyədə antinarkotik əməliyyatı: Hande Erçel və ... - ADLAR
Azərbaycanlı biznesmenin hər şeyi müsadirə olundu: şirkət, evlər, maşınlar
Avtomobil nömrələrini oğurlayıb satan şəxslər ələ keçdi - VİDEO
Qəbələdə avtomobil piyadanı vuraraq öldürdü
Şəmkirdə ana və oğlu döyülüb, avtomobillərinə ziyan vurulub
Polkovnik-leytenant haqda YENİ QƏRAR
Bakıda tanınmış fotoqrafa məxsus QARAJ YANDI - VİDEO - YENİLƏNİB
Yol kənarında əmisi oğlunu döydü - Məhkəmədə üzr istədi










