Bakının mərkəzindəki məşhur mağaza bağlandı - FOTO - VİDEO
Hadisə 18 Yanvar 2023 18:47 Oxunub 616
Bakının mərkəzindəki məşhur mağaza bağlandı  - FOTO - VİDEO

Bakının mərkəzində yerləşən "Stefana" geyim mağazası bağlanıb.

Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 3, mənzil 107 ünvanında yerləşən “Stefana” geyim mağazasında yoxlama keçirilib. Bu zaman yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

-  obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb;

- elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülməsi barədə sənəd təqdim edilməyib;

- obyekt odsöndürən balonlarla təmin olunmayıb.

- obyektə dair müvafiq sənədlər (çıxarış, texniki pasport) təqdim olunmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, ev 3, mənzil 107 ünvanında yerləşən “Stefana” geyim mağazasının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Bağlanan mağazaBağlanan mağazaBağlanan mağazaBağlanan mağaza

ŞƏRH YAZ
Ad

E-mail

Şərh