Bakının sahilində gəzinti gəmisi batıb - Polis və FHN müdaxilə etdi - ANBAAN VİDEO

Hadisə 22 Dekabr 2023 12:09 Oxunub 5822
Bakının sahilində gəzinti gəmisi batıb - Polis və FHN müdaxilə etdi  - ANBAAN VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Xəzər dənizində gəmi batıb. FHN-in mətbuat xidmətindən verilən məlumata görə, FHN-in “112” qaynar xəttinə gəzinti qayığının çevrilməsi və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in dalğıc-xilasetmə qüvvələri dərhal əraziyə cəlb olunub, vətəndaşlar xilas edilib.

Bakıda bulvar ərazisində gəzinti qayığının batması ilə bağlı daxil olan məlumat üzrə DİN-in Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları xilasetmə tədbirlərinə cəlb ediliblər. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları batma təhlükəsinə məruz qalan şəxsləri müvafiq dövlət qurumunun əməkdaşları ilə birgə xilas ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh