Bakıxanovda sürücülər arasında dava: Qadın maşınından düşüb.. - VİDEO

Hadisə 11 Sentyabr 2024 13:30 Oxunub 350
Bakıxanovda sürücülər arasında dava: Qadın maşınından düşüb..   - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində sürücülər arasında mübahisə yaranıb.

Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 9-da Yavər Əliyev küçəsində qeydə alınıb. Belə ki, hərəkətə başlayan 99-EH-907 dövlət nömrə nişanlı “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü qarşı tərəfdən gələn 99-ZR-733 dövlət nömrə nişanlı “Mercedes Sprinter” markalı maşına yol verməyib. Avtomobili idarə edən qadın, hətta maşından düşərək sürücüyə yaxınlaşıb və ondan geri çəkilməsini bildirib. “Mercedes” sürücüsünün iddiasına görə, xanım sürücü ona nalayiq ifadələr də işlədib. Lakin bir müddət sonra qadın sürücü avtomobilinə əyləşib və nəqliyyat vasitəsini geriyə verərək “Mercedes”in hərəkətinə şərait yaradır.

Qeyd edək ki, sözügedən küçədə yol ikitərəflidir. Lakin yolun hər iki tərəfində nəqliyyat vasitələri park edildiyi üçün sürücülər adətən bu cür çətinliklə qarşılaşırlar.

Nərmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh