Bakıya istirahətə gəlmişdi, estetik əməliyyatdan sonra öldü - VİDEO

Rusiya vətəndaşı olan qadın Bakıda özəl klinikaların birində abdominoplastika və liposaksiya əməliyyatından sonra ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə iyunun 11-i “Mərcan” klinikasında ümumi cərrah Nigar Məmmədova tərəfindən icra olunan əməliyyat nəticəsində baş verdiyi bildirilib. Vəfat edən 37 yaşlı Arzu Sadıqovanın ailəsi onun ölümündə həkimi günahlandırıb.
Mərhumun anasının iddialarına görə, övladının liposaksiya əməliyyatı etdirmək niyyəti olmayıb: “Onu bu əməliyyata cərrah Nigar Məmmədova təhrik edib. Eyni zamanda bu həkim qızımı prosesə hazırlıqsız götürüb”.
A.Sadıqovanın dayısı isə bildirib ki, mərhum Rusiya vətəndaşı olub, anası ilə Bakıya istirahətə gəlibmiş.
Məsələ ilə bağlı həkim Nigar Məmmədova isə bildirib ki, Arzu Sadıqova üzərində həyata keçirilən “qarın ağ xəttinin böyük ölçülü yırtığına görə aparılmış herinotomiya və herniplastika, həmçinin abdominoplastika” əməliyatından sonra pasiyentdə tibbdə tanınan ağırlaşma - emboliya halı müşahidə olunub: “Bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat müvafiq tibbi protokollara uyğun şəkildə icra edilib. Hadisənin dəqiq səbəbləri aparılacaq müvafiq ekspertizadan sonra tam müəyyən olunacaq”.
Sözügedən klinikadan isə qeyd olunub ki, ekspertiza rəyi açıqlandıqdan sonra məlumat veriləcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, baş vermiş hadisə ilə bağlı Nəsimi Rayon Prokurorluğu tərəfindən müvafiq araşdırmalar aparılır. Araşdırmanın gedişinə uyğun olaraq cinayət işinin açılıb-açılmaması barəsində qərar qəbul ediləcək.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı Anews.az yayıb.
Daha ətraflı videomaterialda:
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












