Bakteriya ehtimalı ilə geri çağırılan “Nestle”nin uşaq qidaları Azərbaycana gətirilib? – RƏSMİ AÇIQLAMA

Bu gün qlobal miqyasda tanınan İsveçrənin “Nestle” şirkəti öz məhsullarında yayılma ehtimalı olan bakteriya səbəbilə 25 ölkədə uşaqlar üçün nəzərdə tutulan qidaları geri çağırıb.
Avtosfer.az xəbər verir ki, Avstriyanın Səhiyyə Nazirliyinin məlumatına görə, geri çağırma "Nestle"nin 10-dan çox zavodunda istehsal olunan 800-dən çox məhsulu əhatə edib. Qurumun qiymətləndirməsinə görə, bu, şirkət tarixində ən böyük məhsul geri çağırmasıdır.
yayılmış məlumatlardan sonra Azərbaycanda da əhalinin narahatlığı müşahidə edilib. Belə ki, vətəndaşları narahat edən məsələ, nəzərdə tutulan qidaların ölkəyə gətirilib-gətirilməməsi və hazırda satışda olmasıdır.
Yaranan suallarla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Avtosfer.az-a açıqlamasında bildirib ki, “Nestle” şirkətinin uyğunsuzluq aşkarlanan uşaq qidaları ölkəmizə idxal edilməyib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması, mövcud və potensial risklərin vaxtında müəyyənləşdirilməsi məqsədilə digər riskidarəetmə tədbirləri ilə yanaşı, idxal olunan qida məhsulları ilə bağlı yarana biləcək risklərin qiymətləndirilməsi üçün bu sahədə dünyada baş verən hadisələr gündəlik əsasda sistemli şəkildə təhlil edilir.
“Nestle” şirkəti tərəfindən körpələr və erkən yaşlı uşaqlar üçün nəzərdə tutulmuş bəzi qida məhsulları ilə bağlı ehtiyat tədbiri xarakterli geri çağırma qərarı qəbul edilib. Belə ki, Avstriya, Danimarka, Finlandiya, Almaniya, İrlandiya, İtaliya, İsveçrə və Birləşmiş Krallıq ərazilərində “SMA”, “BEBA”, “ALFAMINO”, “Pre NAN” və bir neçə digər ticarət nişanları altında istehsal olunan məhsulların müəyyən partiyalarının dövriyyədən geri çağırılması barədə müvafiq qərarlar verilib.
“Buna səbəb istehsal prosesi zamanı məhsulların “Bacillus cereus” bakteriyası ilə çirklənmə ehtimalı olub.

Bildiririk ki, dünya ölkələri üzrə hazırkı məlumatlara əsasən, ümumilikdə geri çağrılmış 123 məhsul partiyasının Azərbaycan Respublikasının ərazisinə idxal edilmədiyi aşkarlanıb. Ehtiyat tədbiri olaraq “Nestle” şirkəti tərəfindən istehsal edilən və hazırda ölkə ərazisində satışda olan digər partiyalardan nümunələr götürülərək həmin göstərici üzrə müayinələrə cəlb edilib. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”.
Səfər
Şamaxı-İsmayıllı yolunda "Audi" yandı - ANBAAN VİDEO
Neft quyusuna düşən həmin avtomobil qadağan edilmiş əraziyə daxil olubmuş - VİDEO
Maşınların arasından qaçan qadın qəzadan son anda qurtuldu - VİDEO
Qardaşoğlu ilə dənizdə batan Arifin FOTOSU - YENİLƏNİB
Azərbaycanda ZƏLZƏLƏ OLUB
Gölməçənin altında gizlənən təhlükə: Gündə 20-30 avtomobil bu çuxura düşür - VİDEO
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi










