Baku Bus-un avtobusunu təpikləyən sürücü tutuldu; 980 manat ziyanı ödədi - VİDEO - FOTO
Hadisə
3 Noyabr 2022 18:24
Oxunub 1346

Daxili İşlər Nazirliyi Bakıda minik avtomobilinin sürücüsünün Baku Bus MMC-yə məxsus avtobusun qarşısını kəsərək nəqliyyat vasitəsini təpikləməsi ilə bağlı açıqlama yayıb.
Nazirliyin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, paytaxtın Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan "BakuBus" MMC-yə məxsus avtobusun yolunu kəsərək sürücüyə qarşı xuliqanlıq hərəkətləri edən "Toyota Corolla" markalı avtomobilin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Sürücünün etdiyi xırda xuliqanlıq hərəkətinə görə barəsində İXM-nin 510-cu maddəsinə əsasən inzibati protokol tərtib olunub, avtobusa vurduğu 980 manat maddi ziyanın ödənilməsi təmin edilib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR

















