“Baku City Kartinq”də avtomobillər toqquşdu - Yeniyetmə öldü - FOTO - YENİLƏNİB

Bakıda əyləncə mərkəzində baş verən hadisə zamanı ölən şəxsin adı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə zamanı Bakı şəhər sakinləri - 2009-cu il təvəllüdlü Fatimə Bəhlulzadənin idarə etdiyi avtomobillə 2008-ci il təvəllüdlü Kamal Səfərlinin idarə etdiyi avtomobil ehtiyatsızlıqdan toqquşub. Hadisə nəticəsində K.Səfərli aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb.
İlkin ehtimala görə, hadisə avtomobillərdən birində yaranmış qəfil nasazlıq səbəbindən baş verib.
Faktla bağlı araşdırma aparılır.

***12:48
Yanvarın 1-də saat 18:30-də Səbail rayonu, akademik Əhəd Yaqubov, 15 ünvanında yerləşən "Baku City Karting"də ölüm hadisəsi baş verib.
Avtosfer.az Bakupost.az-a istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxsin idarə etdiyi avtomobil digər avtomobillə toqquşub.
Nəticədə o, hadisə yerində həlak olub.
Faktla bağlı cinayət işi açılıb. Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.
Müğənni tikinti şirkətinin rəhbəri tərəfindən dələduzluğa məruz qalıbmış - DİN-dən AÇIQLAMA
Xaçmazda yük maşını piyadanı vuraraq öldürdü
Qızıl almaq istədiyini deyib soyğunçuluq edən şəxs saxlanıldı - VİDEO
Azərbaycanlı saxta sürücülük vəsiqəsi ilə tutuldu - 448 manat cərimələndi
Avtobusun önündən qəfil yola çıxan piyada son anda ölümdən döndü - REAL VİDEO
Anasından küsüb itən Səid atasına təhvil verildi - Anası danışdı - VİDEO
Nizami rayonunda qəza riski: "Yolda müvafiq nişanın olmaması təhlükə yaradır" - VİDEO
"Bandotdel" ƏMƏLİYYAT KEÇİRDİ - 3 nəfər saxlanıldı - VİDEO
İş adamı tanışlarının maşınına narkotik qoydurmaq istədi - HƏBS EDİLDİ
Abşeron Gənclər Şəhərciyində yanğın - FOTO - VİDEO
Mağaza sahibləri ilə silahlı insident yaşandı – Çeçen öldü, 4 yaralı, 14 şübhəli var – ANBAAN VİDEO











