“BakuBus” avtobusunda tüstülənmə baş verdi - VİDEO - YENİLƏNİB

Bakıda 3 nömrəli marşrut avtobusunda tüstülənmənin səbəbi məlum olub.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a "Baku Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, bu gün saat 10:35-də Abay Kunanbayev küçəsində 3 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-264 dövlət qeydiyyat nişanlı avtobusda hava şəraitinin isti keçməsi ilə əlaqədar nəqliyyat vasitəsinin arxa hissəsində, mühərrik bölməsində yerləşən yanğınsöndürmə balonu qızıb və avtomatik yanğınsöndürmə sistemi işə düşüb:
"Sərnişinlər operativ olaraq avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndiriliblər və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib".
***11:06
Bakıda "BakuBus" avtobusunda tüstülənmə olub.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a sərnişinlər məlumat veriblər.
Bildirilib ki, "BakuBus" MMC-nin balansında olan 99-JU-264 nömrə nişanlı 3 saylı marşrut avtobusunda Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində tüstülənmə olduğu üçün sürücü mənzil başına çatmamış sərnişinləri nəqliyyat vasitəsindən endirib.
Məsələ ilə bağlı "BakuBus" MMC-yə sorğu verilib.
Sözügedən hadisənin görüntüsünü təqdim edirik:
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ
Mingəçevirdə avtomobil qadını vurub xəstəxanalıq etdi - VİDEO
Piyada keçidi var, amma səkiyə çıxış yoxdur - ŞİKAYƏT - VİDEO
"Mercedes" KÜLƏ DÖNDÜ - VİDEO - YENİLƏNİB
Sabunçuda budanmış ağacın təhlükəli budağı maşınları əzə bilər - VİDEO
Məktəbli valideyni ilə hərəkətdə olan maşınların üzərinə şığıdı - VİDEO
Bakıda piyada özünü avtomobilin önünə atdı - VİDEO
Sabirabadda "Prado" qadını vurub ÖLDÜRDÜ
Bakıda avtobus piyadanı vurdu












