
“BakuBus”da ata qızını döydü - VİDEO - YENİLƏNİB

Bakıda 172 nömrəli marşrut avtobusunda baş verən hadisə polis nəzarətinə alınıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə ictimai nəqliyyatda sərnişinlər arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.
***12:48
172 nömrəli marşrut avtobusunda baş verən insidentin təfərrüatı məlum olub.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
Əsmər Əliyeva qeyd edib ki, sözügedən hadisə ailədaxili münaqişə zəminində baş verib.
"Ötən gün , saat 17:30-da "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində "BakuBus" MMC-nin istismarında olan, 172 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən, 99-JU-869 dövlət qeydiyyat nişanlı avtobusda sərnişinlər arasında insident baş verib.
Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi müəyyən edilib. Nəqliyyat vasitəsini idarə edən sürücü - Pərviz Zeynalov, hadisəyə operativ reaksiya göstərərək sərnişinlərin təhlükəsizliyini təmin etməyə çalışıb və ərazidə xidmət aparan polis əməkdaşlarına məlumat verib. Polis əməkdaşları qısa müddət ərzində insidentə müdaxilə edib, insidentə səbəb olan şəxslər nəzarət altına alınaraq avtobusdan uzaqlaşdırılıblar", - məlumatda deyilir.
***11:48
“BakuBus”a məxsus sərnişin avtobusunda insident yaşanıb. Hadisə ötən gün 17 radələrində Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin avtobus dayanacağında qeydə alnınıb. Nəqliyyat vasitəsində iki sərnişin bir-birinə hücum edib.
“BakuBus” MMC-in mətbuat katibi Əsmər Əliyev açıqlamasında bildirib ki, hadisə ailə münaqişəsi zəmnində baş verrib.
Onun sözlərinə görə, ata və qızı arasında baş verən davaya avtobus sürücüsü və digər sərnişinlər müdaxilə edib, onları sakitləşdirməyə çalışıblar:
"İnsidentlə bağlı aidiyyatı qurumlara məlumat verilib. Polis əməkdaşları hadisə yerinə yaxınlaşıb və məsələ yerindəcə həll olunub", - deyə o, əlavə edib. (unikal)