"BakuBus"ın 6 nömrəli marşrutu ilə bağlı NARAZILIQ: "Yarım saat gözləməli oluruq"

Paytaxt sakinləri "BakuBus"a məxsus 6 nömrəli marşrut xəttinin hərəkət qrafiki ilə bağlı narazılıqlarını bildiriblər.
Sərnişinlərin sözlərinə görə, 6 nömrəli marşrut avtobusları vaxtında dayanacaqlara yaxınlaşmır və bu hal xüsusilə səhər saatlarında ciddi problemlər yaradır.
"İşə gecikməmək üçün evdən tez çıxsaq da, dayanacaqlarda 30 dəqiqəyə yaxın gözləməli oluruq", - deyə şikayətdə bildirilir.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, qurumun istismarında olan 6 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti ümumilikdə 19 avtobusla təmin edilir.
"Xətt üzrə avtobuslar 10-12 dəqiqəlik intervalla hərəkət edirlər. Monitorinq Mərkəzinin son üç günlük müşahidələrinə əsasən, 6 nömrəli marşrut xətti üzrə avtobusların hərəkətində gecikmə halları qeydə alınmayıb.
Bununla yanaşı, günün səhər və axşam pik saatlarında marşrutun keçdiyi Hüseyn Cavid prospekti, Akademik Şəfayət Mehdiyev, Mehdi Hüseyn, Şeyx Şamil, İstiqlaliyyət və Niyazi küçələrində müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervallarda müvəqqəti artıma səbəb ola bilir.
Sərnişinlərdən pik saatlarda baş verən gecikmələrə görə anlayışlı olmalarını xahiş edirik", - deyə açıqlamada bildirilir./oxu.az
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












