Banner

“BakuBus”ın sürücüsü sərnişinləri avtobusdan düşürdü, yolu bağladılar - AÇIQLAMA - VİDEO

Hadisə 16 Yanvar 2026 11:23
“BakuBus”ın sürücüsü sərnişinləri avtobusdan düşürdü, yolu bağladılar - AÇIQLAMA - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Paytaxtda fəaliyyət göstərən marşrut avtobuslarından birində sərnişinlərin narazılığına səbəb olan hadisə baş verib. Belə ki, 2 nömrəli marşrut xəttində çalışan sürücünün avtobusu idarə etməkdən imtina etməsi nəticəsində sərnişinlər yarıyolda düşürülüb. Hadisə bu gün səhər saatlarında qeydə alınıb. 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü naməlum səbəbdən nəqliyyat vasitəsini idarə etməkdən imtina edib və marşrutu davam etdirməyərək sərnişinləri yarıyolda düşürüb. Bu vəziyyət avtobusda olan sərnişinlərin narazılığına səbəb olub və onların bir qisminin təyinat nöqtəsinə gec çatmasına gətirib çıxarıb.

Məsələ ilə bağlı “BakuBus” MMC-nin mətbuat katibi Əsmər Əliyeva Avtosfer.az-a bildirib ki, şirkətin istismarında olan avtobusların sürücüləri sərnişinləri marşrut üzrə son mənzilə çatdırmaq öhdəliyini daşıyırlar və bu, onların əsas vəzifələrindən biridir. Eyni zamanda, sürücülərdən hərəkət zamanı səbirli, təmkinli davranış nümayiş etdirmələri, etik normalara və təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunur:
“Lakin bəzi hallarda sürücü ilə sərnişin arasında baş verən insidentlər zamanı sürücünün özünü pis hiss etməsi, emosional gərginlik yaşaması kimi hallar da müşahidə edilə bilər. Belə vəziyyətlərdə təlimata əsasən sürücü təhlükəsizliyin təmin edilməsi məqsədilə avtobusu saxlayaraq Monitorinq Mərkəzinə məlumat verir və hadisə qeydə alınır. Bu kimi hallar dərhal araşdırılır, avtobusdaxili videomüşahidə kameralarının görüntülərinə baxılır və məsələ hərtərəfli qiymətləndirilir. Sorğunuzda qeyd olunan məsələ ilə bağlı bildiririk ki, sürücü ilə sərnişin arasında baş vermiş mübahisə zamanı sürücü 102 xidməti ilə əlaqə saxlamış, təxminən 15–20 dəqiqə sonra isə hərəkətini bərpa etmişdir. Qeyd etdiyimiz kimi, məsələ avtobusdaxili videomüşahidə kameralarının görüntüləri əsasında araşdırılacaq. Araşdırma yekunlaşdıqdan sonra hadisə ilə bağlı ətraflı qiymətləndirmə aparılacaq və əlavə məlumat təqdim ediləcək. Eyni zamanda, ictimai nəqliyyatdan istifadə zamanı mövcud qaydalara riayət olunmasını, sürücülərin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı əlavə suallar və mübahisələr yaradılmamasını, eləcə də sürücülərin daşıdığı yüksək məsuliyyətin nəzərə alınmasını xahiş edirik”.
Nurcan Babək

Oxunub 468
ŞƏRH YAZ
Ad

E-mail

Şərh