Balakəndə baş vermiş ağır qəzada ölən və yaralananların kimliyi məlum oldu – YENİLƏNİB

Hadisə 11 Fevral 2022 23:41 Oxunub 1508
Balakəndə baş vermiş ağır qəzada ölən və yaralananların kimliyi məlum oldu – YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Balakəndə baş verən ağır yol qəzasında ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

Avtosfer.az-ın məlumatına görə, qəza zamanı ölən şəxs avtomobildə sərnişin qismində olan rayonun Tülü kənd sakini 53 yaşlı Ramil Ramazan oğlu Rəşidovdur. Yaralılar isə rayonun Kortala kənd sakini Namiq Abbas oğlu Abbasov, şəhər səhər sakinləri Malik Şahruddin oğlu Qadalov və Mübariz Həmzat oğlu Xoçberovdur. Yaralılar Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, yaralanan şəxslərdən Malik Qadalov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını qaz xəttinə vurub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh