Balakəndə toyda dava: İki nəfər həbs olundu

Balakəndə keçirilən toy məclisində dava olub. Avtosfer.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Kortala kəndindəki "Ruslan" şadlıq evində qeydə alınıb. 35 və 26 yaşlarında olan Kortala kənd sakinləri toyda sərxoş olaraq, bir-birlərinə nalayiq ifadələr işlədiblər, daha sonra əlbəyaxa dava ediblər. Toya gələn digər qonaqlar onları ayırmağa çalışıblar. Daha sonra polis əməkdaşları hadisə yerinə gəliblər. Lakin kənd sakinləri dalaşanları ayrı-ayrılıqda avtomobillərə mindirərək, evlərinə apardıqları üçün onları hadisə yerindən polis şöbəsinə aparmaq mümkün olmayıb. Səhər isə dava iştirakçıları rəsmi qaydada şöbəyə çağırılıb və onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsilə protokol tərtib olunub. Balakən rayon Məhkəməsində ayrı-ayrı keçirilən iclaslarda toyda dalaşan 35 yaşlı şəxs barəsində 8, 26 yaşlı şəxs barəsində isə 10 gün müddətinə inzibati həbs cəzası verilib.
Sərxoş qıza ayıq sürücü xidməti təklif etdi, 4500 manatını oğurladı
Ödəniş kartları ilə ölkədaxili fırıldaqçılıq artdı - 1 milyondan çox ...
İşıqforu və hərəkətdəki maşınları gözardı edən qadın qəzadan güclə xilas oldu - VİDEO
Naxçıvanda maşınla vurulan gənc qız öldü - FOTO
Xocalıda yollar buz bağladı: Vətəndaşlar köməksiz vəziyyətdə qaldı - FOTO - VİDEO
Qanunsuz lizinq, yüksək faiz - "Avto Kredit" qanunları necə pozur? - FOTOLAR
Sarayda minik avtomobili yandı
Bu görüntülərdəki hər kəs öldü – VİDEO
Üç yaşlı uşağın barmaqları dəmir qapı arasında qaldı - VİDEO
İsrail qaynaqları: "Xəmneyinin cəsədi müəyyən olunub" - SON ANDA
Tehrana güclü raket zərbəsi; maşınlar havaya uçdu - VİDEO








