Balidə azərbaycanlı turist saxlanıldı

İndoneziyanın Bali adasında Azərbaycan vətəndaşı olan 35 yaşlı T.F.O. saxlanılıb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, o, yerli valyutadəyişmə məntəqəsindən oğurluq etməkdə və işçiyə qarşı zorakılıq törətməkdə ittiham olunur.
Denpasar şəhər polis idarəsinin sözçüsünün bildirdiyinə görə, hadisə iyulun 27-də Kuta bölgəsində yerləşən “Aura Segara” villasının ərazisində baş verib. T.F.O. əvvəlcə “PT. Arta Jaya Dewata” şirkətinin operatoru ilə əlaqə saxlayaraq 12 min ABŞ dollarını dəyişmək istədiyini bildirib və həmin məbləğin villa ünvanına gətirilməsini xahiş edib.
Bunun ardınca iki işçi ümumilikdə 191 milyon 150 min İndoneziya rupisi (təxminən 11.700 ABŞ dolları) ilə birlikdə villa ünvanına yollanıblar. Pul sayıldıqdan sonra T.F.O.-nun tanışı qəfil villaya daxil olaraq özünü “Interpol əməkdaşı” kimi təqdim edib və dərhal işçilərə hücum çəkib.
Hadisə zamanı T.F.O. pulu götürüb və dostu ilə birlikdə hadisə yerindən qaçmağa çalışıb. Lakin Kuta polisi T.F.O.-nu saxlayıb. Digər şəxs isə qaçıb.
İlkin dindirilmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib. O bildirib ki, bu cinayəti “həyat tələbatını qarşılamaq məqsədi ilə” edib. Polisin verdiyi məlumata görə, onunla birlikdə hərəkət edən şəxsin adı Johny olub, lakin həmin şəxsin vətəndaşlığı hələlik müəyyən olunmayıb.
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












