Bankdan 100 milyon avro dəyərində qiymətli əşyalar oğurlanıb - FOTO

Almaniyanın Gelzenkirxen (Şimali Reyn-Vestfaliya) şəhərindəki "Sparkasse" bankından naməlum şəxslər tərəfindən oğurlanan qiymətli əşyaların ümumi dəyəri 100 milyon avrodan çoxdur.
Avtosfer.az-ın məlumatına görə, bu barədə "Bild" qəzeti mənbələrinə istinadən xəbər yayıb.
Zərər əvvəlcə təxminən 30 milyon avro qiymətləndirilib. "Sparkasse"nin filialı Milad tətili üçün bağlanıb. İlkin məlumatlara görə, oğrular yaxınlıqdakı dayanacaqdan binaya daxil olaraq divarda böyük dəlik açıblar. İçəridə təxminən 3 200 seyf qutusunu açıblar, qızıl da daxil olmaqla, içindəkiləri oğurlayıblar və qaçıblar. Soyğunçuluq hadisəsi 29 dekabr səhəri aşkar edilib.
Qəzetin məlumatına görə, 2 500-dən çox əmanətçi zərər çəkib. Zərərin miqyasına görə, bu, Almaniya tarixindəki ən böyük soyğunçuluq hadisələrindən biridir.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB













