Yüzlərlə kartdan pul oğurlayan iki gənc həbs olundu - ŞOK ƏMƏLİYYAT - VİDEO

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev "sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi" barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər.
Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar.
Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir.
Prospektdə təhlükəli anlar: Piyadalar yolu “öz bildikləri kimi” keçdi - VİDEO
Milli Onkologiya Mərkəzində partlayış - Xəstə öldü, həkim yaralandı - FOTO - YENİLƏNİB
Tuneldə ağır qəza; maşın 17 qoyunu tələf etdi - VİDEO
Biləcəridə illərdir dəyişməyən mənzərə: Yol problemi həllini tapmır - VİDEO
İşıqforu saymayan piyada sürücüləri çətin vəziyyətə qoydu - VİDEO
Bakıda kameranın altında avtomobillərdən oğurluq edənlər tutuldu - VİDEO
Yaponiya müharibəyə hazırlaşır; ordu xərcləri artırıldı - POLİTOLOQ
Zavodda quraşdırılan qaz balonu da partlaya bilər - FOTO - VİDEO
Xətaidə təhlükə: Külək işıq dirəyini yerindən oynatdı - VİDEO
Gecə vaxtı yolu qaçaraq keçən gənc qəza şəraiti yaratdı - VİDEO
Sürücülərin diqqətinə; Bu yolda asfalta uzanıb sizi tələyə salmaq istəyə bilərlər - VİDEO










