Bara silahlı hücum edildi - azı 6 nəfər öldürüldü

Meksikanın İdalqo ştatının Tula şəhərində silahlı şəxslərin bara hücumu nəticəsində azı altı nəfər ölüb, səkkiz nəfər ağır yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Meksikanın "El Universal" qəzeti ştat prokurorluğuna istinadən məlumat yayıb.
Naməlum silahlılar "La Resaka" barına 29 noyabrda yerli vaxtla saat 01:30 radələrində hücum ediblər. Azı yeddi nəfərdən ibarət qrup bara daxil olaraq, R-15 avtomatlarından atəş açıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqiqata başlayıb, hücum edənlərin müəyyən edilməsi və tutulması üçün operativ tədbirlər görülür.
"El Universal" qeyd edib ki, cənub-qərbdəki İdalqo ştatında yerləşən Tula son zamanlar əraziyə nəzarət etmək və orada qanunsuz biznes aparmaq hüququ uğrunda mübarizə aparan yerli cinayətkar qruplar üçün qarşıdurma yerinə çevrilib. Bu qruplar neft və neft məhsullarının oğurlanması, narkotik qaçaqmalçılığı, şantaj və reketçilik kimi cinayətlər törədirlər.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












