
Barmağı dəmir halqada sıxılan uşaq belə xilas edildi - VİDEO
Hadisə
10 Noyabr 2023 20:00
Oxunub 386

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Bildirilib ki, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib. (qafqazinfo)
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR