Banner

"Barselona"nın oyunundan əvvəl maşın azarkeşləri əzdi - VİDEO

Hadisə 16 May 2025 17:53 Oxunub 202
"Barselona"nın  oyunundan əvvəl maşın azarkeşləri əzdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Espanyol" - "Barselona" oyunundan əvvəl RCDE stadionunun qarşısında sürücü bir qrup futbol azarkeşini əzib.

Avtosfer.az xəbər verir ki, nəticədə 16 nəfər xəsarət alıb. Səlahiyyətlilər xəsarət alanların heç birinin həyati təhlükəsi olmadığını bildiriblər.

Avtomobilin sürücüsü hadisə yerində həbs edilib.

Hadisə cümə axşamı, mayın 15-də, Barselona şəhərini təmsil edən iki klubun oyuna başlamasına az qalmış qeydə alınıb. Sosial şəbəkələrdə yayılan videoda “Espanyol” azarkeşlərinin ağ avtomobili mühasirəyə alması əks olunub. Maşın bir müddət yerində dayandıqdan sonra qəfil sürətlənib və izdihamın arasından keçmək istəyərək bir neçə nəfərin üstünə çıxıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh