Baş həkimin otağının yandırılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA - FOTO - YENİLƏNİB

Hadisə 9 İyul 2024 17:20 Oxunub 366
Baş həkimin otağının yandırılması ilə bağlı TƏBİB-dən AÇIQLAMA  - FOTO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz

"Bu gün təxminən saat 14:15-də Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 9 nömrəli Şəhər Poliklinikasında yanğın qeydə alınıb".

Avtosfer.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Məlumata görə, dərhal hadisə yerinə çağırış üzrə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və təcili tibbi yardım briqadası cəlb edilib.

"Yanğın qısa müddət ərzində söndürülüb. Xəsarət alan yoxdur.

Yanğını törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

***

Bakıda 9 saylı poliklinikada baş verən yanğın söndürülüb.

Bu barədə Avtosfer.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

***

9 saylı şəhər poliklinikasında baş həkimin iş otağına od vuran şəxs saxlanılıb.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanğını törədən 1984-cü il təvəllüdlü Rüfət Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün onun iş otağına benzin tökərək yandırıb.

APA xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar, yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xəsarət alanın olmadığı bildirilir.

Əlavə məlumat veriləcək.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh