Baş Prokurorluqdan ƏMƏLİYYAT: Vəzifəli şəxslər SAXLANILDI
Hadisə 7 İyun 2022 22:41 Oxunub 2032
Baş Prokurorluqdan ƏMƏLİYYAT:  Vəzifəli şəxslər SAXLANILDI

Baş Prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

Avtosfer.az xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb. Məlumata görə Şirvan Bələdiyyə və Əmlak idarələri əməkdaşları arasında da saxlanılanlar var. Baş Prokurorluğun Mətbuat Xidmətindən Avtosfer.az-a bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh