Başı telefona qarışan piyada yolu istədiyi yerdən keçərək təhlükə yaratdı - VİDEO

Bakı–Quba yolunda qayda pozan piyada avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 19-da saat 14:02 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, orta yaşlı kişi yolu müəyyən olunmamış yerdən keçərək hərəkətdə olan sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Belə ki, o, yaxınlaşan avtomobillərə məhəl qoymadan hərəkətini davam etdirib və bu da qəza riskini artırıb. Üstəlik, piyada yolu keçərkən mobil telefondan istifadə edib.
Xoşbəxtlikdən, görüntünü qeydə alan avtomobilin sürücüsü piyadanı vaxtında fərq edərək mümkün yol-nəqliyyat hadisəsinin qarşısını alıb.
Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən, piyadalar yolu yalnız müəyyən olunmuş keçidlərdən keçməli, xüsusilə intensiv hərəkət olan magistral yollarda diqqətli olmalıdırlar. Mobil telefondan istifadə isə diqqətin yayınmasına səbəb olaraq həm piyadanın, həm də sürücülərin həyatını ciddi təhlükə altına qoya bilər.
Nərmin
Bayram tonqalına atılan benzin partlayışa səbəb oldu - 10 yaralı var - VİDEO
Bayram günü telefon dükanına girib oğurluq etdi – DİN-dən AÇIQLAMA - VİDEO
Polis əməliyyat keçirdi - 41 nəfər saxlanıldı
Neftçalada 15 və 17 yaşlı iki qardaşın faciəli şəkildə ölümünün TƏFƏRRÜATI - VİDEO
Ağır qəzada həlak olan qardaşların - FOTOLARI
Çak Norris vəfat edib
Bakıda mühafizəçinin şlaqbaum "oyunu" - Sakinlərin haqlı narazılığı - VİDEO
Şlaqbaumu qırıb mühafizəçini döyən SÜRÜCÜ SAXLANILDI - VİDEO
Oğurladığı bahalı velosipedi mağazadan çıxan kimi 460 manata satdı - VİDEO
Kiberdələduzluq edən haker dəstə tutuldu - Bank səhifələrinin oxşarını yaradırmışlar - VİDEO
Avtoyuma məntəqəsindən maşın OĞURLANDI










